BİLDİRİŞ 16.03.2018
Mart, 16 2018
Azərbaycan Respublikası Dövlət Neft Fondu Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək üzləşdirilməsi və Xidmət Təklifləri Sorğusu ilə (bundan sonra “XTS”) tələb edilən ümumi məlumatların toplanması daxil olmaqla 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatlarının hazırlanması xidmətinin müsabiqə yolu ilə satınalınması məqsədilə təkliflər cəlb edir.
Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, müstəqil və ixtisaslaşmış auditor təşkilatları öz təkliflərini XTS tələblərinə əsasən 19 aprel 2018-ci il saat 18.00-dəkAzərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.
Müsabiqə ilə bağlı XTS-i və əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə (+994 12) 498-77-53 (daxili 1805) nömrəli telefon və ya umehraliyeva@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
Son paylaşımlar
BİLDİRİŞ 18.07.2019
İyul, 18 2019
BİLDİRİŞ 31.05.2019
May, 31 2019
BİLDİRİŞ 22.11.2017
Noyabr, 22 2017
BİLDİRİŞ 08.11.2017
Noyabr, 08 2017
Kateqoriyalar