BİLDİRİŞ 09.05.2018

May, 09 2018


“Xalq qəzeti”nin 16 mart 2018-ci il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək üzləşdirilməsi və Azərbaycanın hasilat sənayesi üzrə ümumi məlumatların toplanması daxil olmaqla 2017-ci ili əhatə edən HSŞ üzrə ümumiləşdirilmiş hеsаbatlarının hazırlanması xidmətinin satın alınması məqsədilə dərc olunmuş elan üzrə keçirilən xidmət təklifləri sorğusunda qalib “Baker Tilly Audit Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 2018-ci il mayın 3-də müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019