BİLDİRİŞ 31.05.2019

May, 31 2019

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) cari fəaliyyətinin təşkilini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və  Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları barədə 2018-2019-cu illəri əhatə edən hesabatların beynəlxalq mühasibot uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması məqsədilə Xidmət Təklifləri Sorğusu (bundan sonra “XTS”) üsulundan istifadə edərək müsabiqə yolu xidmətlərin satınalınması məqsədilə təkliflər cəlb edir.

Bununla əlaqədar, müsabiqədə iştirak etmək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, müstəqil və ixtisaslaşmış auditor təşkilatları, XTS tələblərinə uyğun olaraq öz təkliflərini iki mərhələli şəkildə  (Texniki Sənədlər - 21 iyun 2019-cu il,  Maliyyə Təklifləri - 28 iyun 2019-cu il saat 14.00-dək)  Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Nursel Əsgərli ilə (+99412 498-77-53 (daxili 1804) nömrəli telefon və ya NAsgarli@oilfund.az elektron poçtu) əlaqə saxlaya bilərlər.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019