BİLDİRİŞ 18.07.2019

İyul, 18 2019

“Azərbaycan qəzeti”-nin 31 may 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və  Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları barədə 2018-2019-cu illəri əhatə edən HSŞ hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması xidmətlərin satınalınması məqsədilə dərc olunmuş elan üzrə keçirilən xidmət təklifləri sorğusunda qalib “Grant Thornton” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındkı filialı olmuşdur.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019