28 iyul 2020-ci il tarixli Fərman ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya ləğv edilmişdir
Sentyabr, 25 2020 10:36
BİLDİRİŞ 18.07.2019
İyul, 18 2019
“Azərbaycan qəzeti”-nin 31 may 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları barədə 2018-2019-cu illəri əhatə edən HSŞ hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması xidmətlərin satınalınması məqsədilə dərc olunmuş elan üzrə keçirilən xidmət təklifləri sorğusunda qalib “Grant Thornton” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycandakı filialı olmuşdur.
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib
İyul, 12 2019 17:46
2019-cu il iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyətinin, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
BİLDİRİŞ 31.05.2019
May, 31 2019
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) cari fəaliyyətinin təşkilini həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları barədə 2018-2019-cu illəri əhatə edən hesabatların beynəlxalq mühasibot uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması məqsədilə Xidmət Təklifləri Sorğusu (bundan sonra “XTS”) üsulundan istifadə edərək müsabiqə yolu xidmətlərin satınalınması məqsədilə təkliflər cəlb edir.
2018-ci il HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib
May, 30 2019
30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2018-ci il HSŞ Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.
Son paylaşımlar
28 iyul 2020-ci il tarixli Fərman ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya ləğv edilmişdir
Sentyabr, 25 2020 10:36
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib
İyul, 12 2019 17:46