HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib

Noyabr, 01 2017

1 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflığa dair  2016-cı il üzrə hesabatın təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib. 

İclas zamanı İşçi Qrup üzvləri 2016-cı il üzrə HSŞ Hesabatını ətraflı müzakirə edib, növbəti il üzrə HSŞ hesabatının təkmilləşdirilməsi ilə bağlı təkliflər verib.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Copyright © 2021