Hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi layihəsi üzrə ilk plenar iclas keçirilmişdir

Fevral, 13 2019

2019-cu il fevral ayının 13-də Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi” layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə qeyd edilən layihənin icrası çərçivəsində ilk plenar iclas keçirilmişdir.

 

İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyətliliyi, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və  bir sıra digər  məsələlər müzakirə edilmişdir.

 

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyəti iştirak etmişdilər.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019