Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edildi

May, 08 2019


3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


Fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) yeni tərkibi genişləndirilmişdir. Belə ki, Komissiyanın tərkibinə – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilmişdir.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019