Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

May, 21 2019


2019-cu il mayın 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 may tarixli Fərmanı ilə yeni tərkibi təsdiqlənmiş Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib.

İclasda Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, HSŞ Komissiyanın 2019-cu il üzrə Fəaliyyət planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.
 
Görüşdə üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2018-ci il üzrə HSŞ hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınmış və HSŞ hesabatını hazırlayacaq Müstəqil Auditorun seçimini tənzimləyən Şərtlər Toplusu və hesabat formaları müzakirə edilərək təsdiq edilmişdir.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019