2018-ci il HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib

May, 30 2019

30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2018-ci il HSŞ Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

İclas zamanı İşçi Qrup üzvləri 2018-ci il üzrə HSŞ Hesabatını və onun əhatə dairəsini, hesabatlılıq formalarını ətraflı müzakirə edib.

İclasda 2018-ci il üzrə hesabatının hazırlanması prosesinə start verilib, hesabatlılığın genişləndirilməsi məqsədilə gender bərabərliyi üzrə məlumatları əhatə edən müddəanın hesabat formasına əlavə edilməsi qərara alınıb.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019