2018-ci il HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib

May, 30 2019

30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2018-ci il HSŞ Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

Hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi layihəsi üzrə ilk plenar iclas keçirilmişdir

Fevral, 13 2019

2019-cu il fevral ayının 13-də Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi” layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə qeyd edilən layihənin icrası çərçivəsində ilk plenar iclas keçirilmişdir.

HSŞ üzrə ümumiləşdirilmiş hesabatın (2016-cı il üzrə) təqdimatı keçirilib

Dekabr, 08 2017

HSŞ üzrə 2016-cı ili əhatə edən ümumiləşdirilmiş hesabat təqdim edilib.

HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib

Noyabr, 13 2017

13 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflığa dair 2016-cı il üzrə hesabatın təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun növbəti iclası keçirilib.

HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib

Noyabr, 01 2017

1 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflığa dair 2016-cı il üzrə hesabatın təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Copyright © 2021